EDUCATION & CAREER 2008 (2-4 October, Baku, Azerbaijan)
 

2-ci Azərbaycan Beynəlxalq «Təhsil və Karyera» Sərgisi

Şirkətin uğuru ilk növbədə işçi heyətindən asılıdır. Bu gün Azərbaycanda bir çox müəssisələr ixtisaslı kadrların seçimi ilə bağlı problem ilə üzləşir. Gördüyü işin inkişaf perspektivlərini görmək, real vəziyyəti dərhal qiymətləndirmək və qoyulmuş məqsədə nail olmaq üçün optimal həllər tapmaq bacarığına malik olan insanı axtarıb tapmaq – insan qaynaqları üzrə menecerin (HR Manager) əsas vəzifəsidir. Azərbaycanda keçirilən “Təhsil və Karyera” sərgisi bu problemin həllinə yönəldilmişdir.
Keçən il debütünə baxmayaraq, sərgi 5000-dən çox iş axtaranları bir araya toplamışdır. Tədbirin təşkilatçısı olan İteca Caspian LLC şirkəti bu cür sərgi keçirərək kadrlar axtarışında olan işə götürənlərə həm təcrübəli mütəxəssislərdən, habelə karyera qurmaq arzusunda olan təhsil müəssisələrinin məzunlarından ibarət çox-saylı namizəd kütləsini təklif edir. Bundan başqa, təhsil sektoru sərginin bir hissəsini təşkil etdiyinə görə, işə götürənlər Respublikamızın ən yaxşı və qabaqcıl tələbə və məzunlarına təcrübə dövrü və iş yerləri təklif etmək imkanı əldə edirlər. Bİr sözlə, “Təhsil və Karyera” sərgisi – vakant vəzifələrə düzgün işçi heyəti seçmək üçün əla imkandır. Bu il sərgi oktyabrın 2-dən 4-nə kimi Qrand Otel Avropa mehmanxanasında keçiriləcək.

Тел: +994 12 447 47 74; Факс: +994 12 447 89 98; E-mail: pr@iteca.az; web: www.iteca.az
Контактное лицо: Сюзанна Бурезги

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP