Borcun Qaytarılması üzrə Mütəxəssis
 
JOB TITLE: Borcun Qaytarılması üzrə Mütəxəssis
EMPLOYER: Professional Collection Agency MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-12-13 LAST UPDATED: 2016-12-13 DEADLINE: 2017-01-12

“PROFESSİONAL COLLECTİON AGENCY” MMC üçün Borcun Qaytarılması üzrə Mütəxəssis vəzifəsinə Bakı, Sumqayıt şəhərləri və Azərbaycan Respublikasının bütün bölgələri üzrə işçilərin qəbulunu elan edir.

Tələblər:

• Ali təhsil;
• Kredit və ya Borc qaytarılması üzrə mütəxəssis kimi ən azı 3 il iş təcrübəsi;
• Avtomobili olmalıdır;
• Keçmiş hüquq-mühafizə orqanlarının, icra şöbələrinin işçiləri və bankların borc qaytarma mütəxəssislərinə üstünlük veriləcəkdir;
• Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmə;
• Stress altında işləmək qabiliyyəti və çətin vəziyyətlərin həlli yollarının müəyyən edilməsi;
• Məsuliyyətlilik, düzgünlük,dəqiqlik və etibarlılıq kimi müsbət göstəriciləri olmalı;
• Müştərilər ilə yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

•  Müştərilərin axtarışı təşkil etmək və Borclunun bütün mümkün əlaqələrini araşdırmaq;
•  Gecikmə səbəblərinin araşdırılması və müştərilər ilə əlaqələrin bərpa edilməsi;
•  Borcların qaytarılması üçün kompleks tədbirlərin görülməsi, borclu müştərilər ilə ödənişin təmin edilməsi;
• Qət edilmiş məhkəmə qərarları üzrə hər bir borclunun ödənişini təmin etmək üçün aidiyyatı məhkəmə icraçıları ilə işlərin görülməsi və borclunun ünvanı ilə icra məmurları ilə bir arada daim əlaqə saxlayıb borcları borcludan tələb etmək;
• Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərin yerinə yetirilməsi.

PROFESSİONAL COLLECTİON AGENCY peşəkarlar komandasını yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri  10 dekabr 2016-cı il tarixinədək e-mail (info.pca.azerbaijan@gmail.com ) vasitəsilə təqdim etsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP