Kredit Mütəxəssisi
 
JOB TITLE: Kredit Mütəxəssisi
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-11-24 LAST UPDATED: N/A DEADLINE: 2016-12-24

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Kredit Mütəxəssisi

Tələblər:
 
•     Cinsi: Kişi
•     Azərbaycan dili səlis, rus dilini bilməsi arzu olunandır
•     Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
•     Ünsiyyətcil, təşəbbüskar
•     Komandada işləmək bacarığı
•     Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
•     Riyazi hesablama aparmaq qabiliyyəti
•     Mükəmməl kommunikasiya qabiliyyəti
•     İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Vəzifələr:
 
• Müştəriyə kredit məhsulları haqqda məlumatın verilməsi
• Kredit müraciətlərinin qəbulu və analizi
• Kredit portfelinə nəzarət və idarə etmək
• Müştəri hesablarının aparılmasına dair xidmətlər
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması

İş şəraiti:

- İş vaxtı: həftənin 6 günü
- İstirahet günü:  bir gün
- Əmək haqqı: 600 AZN-dən

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını mövzu yerində "Kredit Mütəxəssisi" yazaraq hr@abc-telecom.az elektron ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP