Marketinq kommunikasiyaları üzrə Mütəxəssis
 
JOB TITLE: Marketinq kommunikasiyaları üzrə Mütəxəssis
EMPLOYER: Delta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-12-02 LAST UPDATED: N/A DEADLINE: 2017-01-01

Vəzifənin adı: Marketinq kommunikasiyaları üzrə Mütəxəssis

Təcrübə müddəti: 2 il

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar: Marketing bilikləri, Layihələrin idarə edilməsi bilikləri, Biznes danışıqlar aparma texnikaları; Marketinq Kommunikasiyaları üzrə biliklər, Rəqəmsal marketinq bilikləri.

Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows, ERP proqramlarla profesional işləmə təcrübəsi

VƏZİFƏ FUNKSİYALARI:

Brendin istehlakçısını tanımaq/başa düşmək:

 - İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
 - Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;

Brend kommunikasiyasını idarə etmək:

 - Reklam (TV, Radio, Outdoor, Indoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
 - Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək;
 - Rəqib brendlərin məhsullarının kommunikasiya yeniliklərini izləmək, alternativ planlar hazırlamaq;
 - Şirkətin rəqəmsal marketinq strategiyasının idarə edilməsi;
 - Brendin strategiyasına uyğun olaraq kommunikasiya kanallarının seçilməsi və məzmunun idarə edilməsi.
 - Korporativ sosial məsuliyyət və sponsorluq layihələrinin idarə edilməsi.

Marketinq layihələrinin planlaşdırması və icraatı:

 - Məhsulun brendinq strategiyasına uyğun olaraq brend kommunikasiya planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və layihənin həyata keçirmək;
 - Layihələrin büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
 - Marketinq kommunikasiya layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
 - Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.  "

Əmək haqqı: 800 - 1000 AZN

İş qrafiki: 5 günlük

Yaş həddi: 23 - 35 yaş

İş yeri: Sumqayıt şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini hr@delta-group.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Marketinq Kommunikasiyaları üzrə Mütəxəssis" qeyd edilməsi xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP