Brend Menecer (Bismak)
 
JOB TITLE: Brend Menecer (Bismak)
EMPLOYER: Delta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-12-02 LAST UPDATED: N/A DEADLINE: 2017-01-01

Vəzifənin adı: Brend Menecer (Bismak)

Təcrübə müddəti: 3 il

Təhsil: Ali (Mühəndis-iqtisadi sahələr üzrə)

İxtisas Bilikləri və Bacarıqlar: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri, Büdcənin formalaşdırılması bilikləri, Layihələrin idarə edilməsi bilikləri

Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows, ERP proqramlarla profesional işləmə təcrübəsi

VƏZİFƏ FUNKSİYALARI: 

Brendin istehlakçısını tanımaq/başa düşmək:

 - İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
 - Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;
 - Araşdırma nəticələrini Marketinq departamentini direktoruna təqdim etmək.

Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq:

 - Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqib məhsulların inkişafını izləmək və hesabatlar hazırlamaq;

Brendlərin həyat siklini idarə etmək:

 - Cavabdeh olduğu brendin marketinq strategiyalarının tətbiqini təmin etmək;
 - Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək;
 - Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək.

Yeni məhsulların hazırlanması layihələrini idarə etmək:

 - Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq;
 - İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirmək. Şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək;
 - Yeni məhsul konseptlərini hazırlamaq, bazar tədqiqatları vasitəsi ilə bu konseptlərə istehlakçılar tərəfindən göstərilə biləcək reaksiyaları test etmək.

Marketinq layihələrinin planlaşdırması və icraatı:

- Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək;
- Promosyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
- Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
- Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
- Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.  "

Əmək haqqı: 1200 - 1500 AZN

İş qrafiki: 5 günlük

Yaş həddi: 27 - 35 yaş

İş yeri: Sumqayıt şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini hr@delta-group.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Brend Menecer" qeyd edilməsi xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP