Kredit Mütəxəssisi (Gəncə filialı)
 
JOB TITLE: Kredit Mütəxəssisi (Gəncə filialı)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-12-14 LAST UPDATED: 2016-12-14 DEADLINE: 2017-01-13

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Kredit Mütəxəssisi (Gəncə filialı)

Tələblər:

• Cinsi: Kişi
• Azərbaycan dili səlist, rus dilini bilməsi arzu olunandır
• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
• Ünsiyyətcil, təşəbbüskar
• Komandada işləmək bacarığı
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
• Riyazi hesablama aparmaq qabiliyyəti
• Mükəmməl kommunikasiya qabiliyyəti
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Vəzifələr:
 
• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir
• Zərurət yarandıqda digər kassiri əvəz edir

İş şəraiti:

• İş vaxtı: həftənin 6 günü
• İstirahet günü:  bir gün
• Əmək haqqı: 600 AZN-dən

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını mövzu yerində "Kredit Mütəxəssisi (Gəncə filialı)" yazaraq hr@abc-telecom.az elektron ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP