Call Center Operator
 
JOB TITLE: Call Center Operator
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-12-16 LAST UPDATED: N/A DEADLINE: 2017-01-15


 
Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Call Center Operator

Zəruri tələblər:

• Ali təhsilli
• Azərbaycan və Rus dillərini səlis bilməli
• Müştərilərlə ünsiyyət qurmağı bacarmalı
• Səlis və aydın intonasiya ilə danışıq bacarığı
• Xoş səs tonuna malik olmalı
• Kollektivdə komanda ilə işləmə bacarığı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Emosiyalarını idarə edə bilməli
• Stresə davamlı olmalı

Arzu olunan tələblər:

• İngilis dili bilikləri
• Qeyd olunan vəzifə üzrə iş təcrübəsi
• Call Centre proqramlarında istifadəçi bacarığı

Vəzifələr:

• Daxil olan telefon zənglərinə cavab vermək
• Komyuterdə zənglərin qeydiyyatını aparmaq
• Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək
• Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönlətmək
• Çıxan zənglərlə iş

İş şəraiti:

- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: I-VI günlər
- Əmək haqqı 450-500 AZN
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Call Center Operator” qeyd edərək
hr@abc-telecom.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP