Daxili Nəzarət şöbəsinə Baş Mütəxəssis
 
JOB TITLE: Daxili Nəzarət şöbəsinə Baş Mütəxəssis
EMPLOYER: QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-12-20 LAST UPDATED: N/A DEADLINE: 2017-01-19

QSC-də Daxili Nəzarət şöbəsinə Baş Mütəxəssis tələb olunur.

İşin təsviri:

Baş Mütəxəssis şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili nəzarət şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləyir. Baş mütəxəssis daxili nəzarət alətlərindən istifadə etməklə şirkətin mövcud vəziyyətini təhlil edir, riskləri və onların təsirini aşkarlayır və daxili nəzarətin qabaqlayıcı (preventiv) və sonrakı (detektiv) tədbirləri ilə əlaqədar tövsiyyələr verir.

Əsas vəzifə və öhdəliklər:

- Metodologiyanın hazırlanması və tətbiqi:
- Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin    hazırlanmasında iştirak edir;
- Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
- Cəmiyyətin qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir;
- Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.

Funksional prosedur və təlimatların yaradılması:

 - Risklərin idarə edilməsi və daxili nəzarət sisteminin səmərəliliyinin lazımi səviyyədə olmasını  təmin etmək üçün daxili nəzarətin funksional prosedur və təlimatlarını hazırlayır;
- Daxili nəzarətin mövcud funksional prosedur və təlimatlarının adekvatlığını yoxlayır və müvafiq formada düzəlişlər edir;
- Digər aidiyyəti məsələlər ilə bağlı Şöbənin yuxarı vəzifəli işçi heyətinə məsləhətlər verir, funksional prosedurların təkmilləşdirilməsində onların tapşırıq və göstərişlərini həyata keçirir. 

Risk və daxili nəzarət tədbirləri:

- Şöbənin yuxarı vəzifəli işçi heyəti ilə birgə riskləri qiymətləndirir. Risk xəritəsini hazırlayır. Risk xəritəsi əsasında İllik Fəaliyyət Planını hazırlayır;
- Nəzarət prosedurlarının səmərəliliyini dəyərləndirir (“preventiv” tədbirlər). Nəzarət prosedurlarının faktiki icrasını yoxlayır (“detektiv” tədbirlər);
- Aidiyyəti hesabatları (tövsiyələrin) hazırlayır və rəhbərliyə təqdim edir;
- Prosedur pozuntusu, dələduzluq və ya mənimsəmə hallarını araşdırır və rəhbərliyə müvafiq tövsiyələr verir.

Kamplayns (uyğunluq) üzrə nəzarət:

- Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
- Cəmiyyətdə PY və TM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir.

İşçilərin idarə edilməsi və peşəkarlığının artırılması:

- Şöbənin yuxarı vəzifəli işçi heyəti ilə birgə fərdi və komanda məqsədlərini Cəmiyyətin inkişaf məqsədlərinə uyğunlaşdırır, əlaqələndirir və yönəldir;
- Hər bir əməkdaşı müvafiq hədəf göstəricisinə nail olması üçün zəruri bütün texniki, inzibati və maddi resurslarla təmin olunmasına dəstək verir;
- Şöbənin yuxarı vəzifəli işçi heyəti ilə birgə yüksək səviyyəli peşəkar iş mühiti yaradır və qoruyub saxlayır, bütün komanda üzvləri arasında qarşılıqlı hörmət, etimad, etibar və əməkdaşlığı təşviq edir.

Tələb olunan meyarlar:

Təhsil: İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil;
Bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi
İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Microsoft Office və digər risk, audit və statistik proqramlar

Xüsusi tələblər:

• Müvafiq qanunvericilik üzrə biliklərə malik olmalı;
• Təşkilatın biznes modelinin başa düşülməsi, ağır sənaye və dağ-mədən sektoru üzrə məlumatlı olmalı;
• Müxtəlif peşə (CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Daxili nəzarət şöbəsinin Baş Mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) h.zulfugarova@gmail.com elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP