Məsul Aktuari
 
JOB TITLE: Məsul Aktuari
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2016-12-21 LAST UPDATED: N/A DEADLINE: 2017-01-20

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür.

Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

PROFİL

Vəzifə: Məsul Aktuari

Şöbə :  Aktuar hesablamaları şöbəsi

Vəzifə öhdəlikləri:

• Zərərlərlə bağlı fayllara nəzarəti həyata keçirmək;
• Uzunmüddətli sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət etmək;
• Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə riyazi ehtiyatlar hesablamaq;
• Sığorta portfelinin optimallığına nəzarət etmək, zərərlilik əmsallarının hesablamaq;
• Anderrayterlərdən daxil olan tələblər üzrə lazım olan tariflərin hesablamaq;
• Mövcud portfel  və ayrı-ayrı risk qrupları üzrə orta ölçülü tarifi hesablamaq;
• Sığorta şəhadətnamələri və onlara edilən əlavələr üzrə sığorta haqlarının alqoritmini hazırlamaq və yoxlamaq;
• Statistik məlumatlarını və sığorta portfelini təhlil etmək, riskləri qiymətləndirmək, sığorta növləri üzrə tarifləri hesablamaq;
• Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə riyazi ehtiyatları hesablamaq;
• Agentlərə və zərərlərin tənzimlənməsi şöbələrinə verilən motivasiyaların hesablanmasında iştirak etmək;
• Maliyyə Bazarlarına nəzarət orqanına  verilən hesabatların hazırlamaq;
• Sığorta portfeli üzrə qısa və orta müddətli proqnozları vermək;
• Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq;
• Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etmək, bu istiqamətdə tədbirlər görülmədikdə, bu barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək;
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda aktuari rəyi hazırlamaq;

Namizədə tələblər:

• Ali təhsil (riyaziyyat üzrə)
• Azərbaycan və rus dillərində yazılı və şifahi səlist ünsiyyət
• Microsoft Office proqramlarını bilmək, VBA-də işləmək bacarığı;
• Bazar iqtisadiyyatının prinsplərini bilmək;
• Müvafiq aktuar sertifikatlarına malik olmaq;
• Sığorta qanunvericiliyini bilmək.

İş şərtləri:

• Qrafik: 09:00- 18:00
• İş günləri: 1-5
• İş yeri: Baş ofis
• Ə/H: müsahibə əsasında

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər.
(məktubun mövzu bölməsində Aktuari qeyd etmək mütləqdir).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP