Biznes Sistelərinin Analizi üzrə Mütəxəssis
 
JOB TITLE: Biznes Sistelərinin Analizi üzrə Mütəxəssis
EMPLOYER: ATL İnfoTech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-01-06 LAST UPDATED: N/A DEADLINE: 2017-02-05

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

ATL INFO TECH şirkəti sizin peşəkar və karyera inkişafınızda böyük rol oynaya biləcək bir yerdir. Şirkətimiz öz işçilərinin şəxsi və peşəkar inkişafları və üçün vacib olan mühitin formalaşdırılmasında maraqlıdır və bunun üçün əlindən gələni daim edir. Səmimi və yaxşı təchiz edilmiş iş mühiti, gülərüz və mehriban heyət, eləcə də korporativ tədbirlər ATL İNFO TECH-i sizin, arzuedilən iş yerinizə, əvəzedilməz və mütləq seçiminizə çevirir.

Hazırda “ATL İnfoTech” şirkəti Biznes Sistelərinin Analizi üzrə Mütəxəssis vəzifəsinə işə qəbulu elan edir:

Vəzifə və öhdəliklər:

Müştərinin və digər əlaqəli tərəflərin tələblərini müəyyən edib analiz etmək.
Tələblərin analizini, sənədləşdirilməsini və prioritizasiyasını həyata keçirmək;
Biznes proseslərin effektivliyini artırmaq;
Dəyişikliklərin idarə olunması;
Hazır proqram təminatının tətbiqini həyata keçirmək;
İstifadəyə verilmiş proqram təminatının istifadəçilərinə ilkin texniki dəstək vermək;

Namizədə olan tələblər:

Verilənlər bazası və proqramlaşdırma üzrə biliklər və təcrübə;
İstənilən sahə üzrə (məs. mühasibatlır, insan resursları, satınalma və s.) üzrə bilik və ya təcrübə;
Bir və daha artıq geniş həcmli proqram təminatının tətbiqində iştirak təcrübəsi;
Modelləmə və eskizləmə bacarıqları;
Effektiv dinləmə bacarığı;
Müsahibə və sorğulama bacarığı;
Sürətli və sistematik düşünmə bacarığı;
Analitik və öyrənmə bacarıqlar;
Liderlik, müşahidə və təşkilatçılıq bacarıqları;
Kommunikasiya bacarıqları;
Praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olması.

İş şəraiti və şirkətin təqdim etdiyi üstünlüklər:

Sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi olması mütləqdir
Yaş həddi 25 – 35
Dil bilikləri: azərbaycan və ingilis (hər iki dildə səlis danışıq)
İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00-dan 18:00-dək.
Rəsmiləşdirmə: AR ƏM əsasən aparılacaqdır
Korporativ nömrə və danışıq limiti
Mehriban və dinamik kollektiv

Vakant yer üzrə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə applicants@atltech.az elektron ünvanına mövzu hissəsində Biznes Sistemlərinin Analizi üzrə Mütəxəssis qeyd etmək şərti ilə göndərə bilərlər. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq ilkin müsahibə mərhələsinə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP