Memar
 
JOB TITLE: Memar
EMPLOYER: Azerenerji JSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-01-09 LAST UPDATED: N/A DEADLINE: 2017-02-08

Memar

İş barədə məlumat

- Layihələndirilən obyektə dair sifariş tələblərini qəbul edir
- Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərini aparır
- İlkin eskizin/cizginin hazırlanmasını əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə təmin edir
- İlkin eskiz/cizgini Sifarişçi ilə müzakirə edir və razılaşdırır
- Yüksək keyfiyyətli üçölçülü təsvirləri (3D) hazırlayır
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan Layihə paketinin tərtib və hazırlanmasında bilavasitə iştirak edir
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətini təmin edir

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi, Memar)
- Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək
- Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərini bilənlərə üstünlük verilir;
- AutoCAD, 3dMax (VRay) kompüter proqramlarını bilmək
- Əllə eskizləri çəkmək bacarığı
- Yüksək bədii səviyyədə üçölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı
- İşin vaxtında vəkeyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı
- Səyahətlərlə bağlı problem olmamalı.

Necə müraciət etməli:

• İxtisaslı namizədlər öz CV anketlərini karyera@azerenerji.gov.az göndərərək müraciət edə bilərlər.
• Mövzu hissəsinə “Memar” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik http://tinyurl.com/zzp6npk .

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP