Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-06-13 LAST UPDATED: 2017-06-14 DEADLINE: 2017-07-13

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Mühasib

Tələblər:

• Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük veriləcək
• Mühasibatlıq sahəsində ən az 2 il təcrübə
• Mühasibatlıqla bağlı qanunvericilik və vergi Məcəlləsi üzrə biliklər
• MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Vəzifə öhdəlikləri:

• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Əsas vəsaitlərin tanınması, inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
• Təhtəl hesab, balans, avans hesabatının aparılması
• Rəsmi hesabatların hazırlanması(Statistika, DSMF)
• Hesab və elektron qaimə-fakturaların yazılması
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı
• Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
• Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması
• Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
• İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 600-800 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV formasını hr@abc-telecom.az elektron ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP