Şəbəkə marketlərlə iş üzrə Menecer
 
JOB TITLE: Şəbəkə marketlərlə iş üzrə Menecer
EMPLOYER: Distribution Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-06-08 LAST UPDATED: 2017-06-08 DEADLINE: 2017-07-08

Şəbəkə marketlərlə iş üzrə Menecer

İş barədə məlumat:

 Korporativ müştərilərlə əlaqələrin qurulması, inkişaf etdirilməsi;
 Şəbəkə marketlərlə danışıqların aparılması və müqavilələrin baölanması;
 Bağlanmış müqavilə şərtlərinin təmin edilməsini həyata keçirmək;
 İstehsalçılarla danışıqların aparılmasında iştirak etmək və təkliflər vermək;
 Tabeliyindəki satış müdirləri və satış təmsilçilərinin işlərinə nəzarət etmək, onların problemlərinin həllində dəstək olmaq;
 Marketinq analizlərinin aparılması, biznes planın inkişafı və implementasiyasında birbaşa iştirak;
 Şirkətin məhsullarının satışını təmin etmək;
 Marketinq aksiyalarının işlənməsində iştirak etmək və həyata keçirilməsinə dəstək vermək;
 Ünsiyyətlilik, məsuliyyət, dinamiklik

Tələblər:

 Ali təhsilli
 Satış sahəsində (FMCG sahəsində işləyənlərə üstünlük verilir) 10 il iş təcrübəsi
 Şəbəkə marketlərlə iş aparılması üzrə yüksək təcrübəsi olmalıdır;
 Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
 Azərbaycan, Rus dillərini sərbəst bilməsi vacibdir;
 Marketinq, brend menecer kimi iş təcrübəsi olan şəxslərin, (istehsalçıların ölkəmizdəki nümayəndəliklərində) də namizədlikləri də dəyərləndirilə bilər;

İş şərtləri

 5 günlük iş qrafiki;
 Yanacaq şirkət tərəfindən qarşılanır;
 Əmək haqqı yüksəkdir (sabit əmək haqqı və bonuslar) və namizədin bilik bacarığına uyğun müsahibə zamanı dəyişə bilər.

CV-lərinizi kamanager001@gmail.com ünvanına göndərə bilərsiniz.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP