Əmək haqqının hesablanması üzrə Aparıcı Mütəxəssis
 
JOB TITLE: Əmək haqqının hesablanması üzrə Aparıcı Mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-06-12 LAST UPDATED: N/A DEADLINE: 2017-07-12

“ABB” ASC  İnsan Resurslarının İdarəedilməsi Departamentinə əmək haqqının hesablanması üzrə Aparıcı Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Baş ofisdə və filiallarda əməkdaşların gündəlik iş vaxtından istifadəyə nəzarətin edilməsi;
 Bankın işçilərinin aylıq əmək haqqının hesablanması;
 Bankın işçilərinə verilən bonus və digər mükafat və ödənişlərin hesablanması;
 Bank işçilərinin məzuniyyət haqlarının, kompensasiyaların, son haqq-hesabların hesablanması və ödənilməsi;
 DSMF-na təqdim edilən hesabatların hazırlanması;
 Gəlir vergisi üzrə məlumatların hazırlanması;
 Ezamiyyə ödənişlərinin hesablanması;
 Digər gündəlik əmək haqqı əməliyyatların yerinə yetirilməsi;
 DSMF-na aylıq hesabatın təqdim olunması;
 İşçilərin əmək haqqlarından tutulmaları həyata keçirilməsi;
 Tələb olunan hesabatların və formaların doldurulmasının təmin edilməsi;

Namizədə tələblər:

 İqtisadiyyat, maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
 Microsoft Office (Word, Excel, Power Point) proqramları ilə sərbəst işləmək bacarığı;
 İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
 Filiallarda müsahibatlıq sahəsində çalışan əməkdaşlara üstünlük veriləcəkdir;

Əlavə səriştə və fərdi keyfiyyətlər:

Sahə üzrə bilik və bacarıqlar:
 Mərkəzi Bank və Banklar haqqında qanun, Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilmək;

Şəxsi keyfiyyətlər:
 Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
 Təşəbbüskarlıq, təzyiqə davamlılıq, komandanı həvəsləndirmək kimi qabiliyyətlərə sahib olmaq;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
 Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyun 2017-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “əmək haqqının hesablanması üzrə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP