SƏTƏM/Əməyin Təhlükəsiz./Ətraf Mühitin Mühafizəsi üzrə mütəx/mühəndis/menecer
 
JOB TITLE: SƏTƏM/Əməyin Təhlükəsiz./Ətraf Mühitin Mühafizəsi üzrə mütəx/mühəndis/menecer
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-06-12 LAST UPDATED: 2017-06-12 DEADLINE: 2017-07-12

SƏTƏMƏməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə mütəxəssismühəndismenecer

Vəzifə öhdəlikləri:

- Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;

- Müəssisənin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;

- Nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;

-İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;

- Müəssisənin istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür; 

- İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;

- Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin əmək mühafizəsi üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;

Tələblər

- SƏTƏM və ya bu əmək təhlükəsizliyi  üzrə ən azı 2 il iş təcrübəsinin olması
- İngilis dilində danışmaq qabiliyyəti olmalı

E-mail: info@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP