Gəlirlərin idarə olunması üzrə Baş Mütəxəssis
 
JOB TITLE: Gəlirlərin idarə olunması üzrə Baş Mütəxəssis
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-06-13 LAST UPDATED: N/A DEADLINE: 2017-07-13

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Gəlirlərin idarə olunması üzrə  baş mütəxəssis

Departament / şöbə: Maliyyə Departamenti / Gəlirlərin idarə olunması

Əsas vəzifə və öhdəliklər

• Məhsul portfeli üzrə, gəlirlərin, maya dəyərinin, net marjanın planlaşdırılması;
• Aylıq və illik satış hesabatlarının hazırlanması, büdcə ilə müqayisə zamanı fərqlərin izah olunması;
• Yeni məhsullar üzrə marja modellərinin qurulması, satış qiymətinin təyini zamanı marja təhlillərinin aparılması;
• Mallara yeni qiymətlərin təyin ediıməsi, promo kampaniyaların keçirilməsi üçün endirimlərini təyini zamanı marja təhlillərinin aparılması;
• Sistemdəki satış qiymətlərinə, maya dəyəri və endirimlərə nəzarət;
• Audit və məsləhət xidmətləri üçün tələb olunan məlumatların yığılması və emalı.

Namizədə dair tələblər

• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya menecment sahəsi);
• Azərbaycan və ingilis dilində sərbəst oxuyub və yazmağı bacarmalı;
• Maliyyə təhlilinin aparılması qabiliyyəti olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusilə Excel proqramında əla bacarığı olmalı.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 13.07.2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Gəlirlərin idarə olunması üzrə baş mütəxəssis” qeyd edərək recruitment@optimal.az ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP