İstehsalat üzrə Dispetçer
 
JOB TITLE: İstehsalat üzrə Dispetçer
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-07-18 LAST UPDATED: 2017-07-21 DEADLINE: 2017-08-17

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 500 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

İstehsalat üzrə Dispetçer

Vəzifə öhdəlikləri:

• Günlük olaraq istehsalat sahəsinə qəbul edilən və göndərilən hazır məhsul, xammal və material dövriyyəsinə nəzarət.
• Günlük / növbəlik istehsal miqdarlarının və xammal / material istifadə miqdarlarının hesabatının hazırlanması və proqrama işlənməsi.
• Sahədəki avadanlıqların istehsalın güclərinin və məhsulların sərfiyyat kartlarının tələb edilən standartlara uyğun istifadəsinə nəzarət.
• İstehsal planlarına əsasən sahənin günlük / növbəlik iş əmrlərinin çıxarılması və planların yerinə yetirilməsinə nəzarət.
• İstehsal planlarına əsasən xammal və material ehtiyaclarının çıxarılması, günlük / növbəlik sifarişlərin xammal anbarına bildirilməsi.
• MRP – də istehsal sahəsinə aid əməliyyatların idarə edilməsi və alınan məlumatların düzgünlüyünə nəzarət.
• Məhsulların sərfiyyat kartlarına aid məlumatların yenilənmələrinin qeydiyyatının aparılması. Xronometrajların və kənarlaşmaların qeydiyyatının aparılması.
• Yaranan dayanma və digər problemlərin qeydiyyatının aparılması və araşdırılması.
• İstehsal fəaliyyətinin daha effektiv şəkildə təşkili üçün araşdırmaların aparılması və təkliflərin verilməsi.
• Əlavə olaraq tələb ediən əməliyyatların yerinə yetirilməsinə dəstək və hesabatların hazırlanması.

Tələblər:

• Yaş həddi – 23-30.
• Ali təhsil (Sənaye Mühəndisliyi).
• İstehsalat sahəsində təcrübə (1 il və daha çox)
• İstehsalat proseslərindən anlayışı olmalı, mal-material dövriyyəsini idarə etmək bacarığı olmalı, MRP anlayışının olması,
• MS office proqramlarını bilməli (xüsusən Excel)
• ERP proqramlarla iş təcrübəsinin (bacarığının) olması
• İstehsalatla əlaqədar hesabatların hazırlanması.
• Dil bilikləri (Azərbaycan dili, Rus dili)
• Ə/h – 500 AZN

İş vaxtı: həftənin 6 günü, saat 08:00 - 17:00, bazar günü – istirahət
Nahar şirkət tərəfindən verilir.
Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 18.08.2017–ci il tarixinə kimi müraciət edə bilərlər https://www.metak.az/resume.php?vid=90

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP