Əlaqə mərkəzi şöbəsi Mütəxəssisi
 
JOB TITLE: Əlaqə mərkəzi şöbəsi Mütəxəssisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-07-18 LAST UPDATED: N/A DEADLINE: 2017-08-17

Struktur bölmə: Satış kanalları və Marketinq departamenti, Əlaqə mərkəzi şöbəsi

Vəzifə: Mütəxəssis

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  25.07.2017

Əsas vəzifə öhdəlikləri:

1. Əlaqə mərkəzinə gələn zəngləri müştəri xidmət standartlarına uyğun cavablandırmaq, müştərilərə zəng etmək, online çat vasitəsilə daxil olan müraciətləri yazılı cavablandırmaq;
2. Şirkətin məhsul, tarif və xidmətləri barəsində müştəriləri məlumatlandırmaq;
3. Telefon vasitəsilə müştərilərə soyuq zənglər etmək, sığorta məhsullarının satışı və çarpaz satışını həyata keçirtmək;
4. Debitor məbləği olan müştərilərə zənglər etmək və sığorta haqqlarının ödənilməsini təqib etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən sahə üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office proqramları;
Üstünlüklər : İngilis dili biliyi üstünlükdür;
Fərdi keyfiyyət tələbləri : Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Contact center” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP