Marketinq və Koorparativ satış üzrə Mütəxəssis
 
JOB TITLE: Marketinq və Koorparativ satış üzrə Mütəxəssis
EMPLOYER: Fair Group Construction LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-07-18 LAST UPDATED: N/A DEADLINE: 2017-08-17

Vəzifə: Marketinq və Koorparativ satış üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:

• Yaş: 25-40;
• Cins: qadın/kişi;
• Müvafiq vəzifədə ən azı 2 illik iş təcrübəsi (tikinti şirkətləri üzrə təcrübəsi arzu olunandır);
• Kataloqlarla iş təcrübəsi (texniki qiymət siyahısı);
• Ofis proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
• Şifahi və yazılı dil bilikləri: Azərbaycan (əla), rus (əla), ingilis dili arzu olunandir
• Səlist  danışaraq təqdimatlar keçirmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

• Bazarı araşdırararaq təhlil etmək;
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin yaradılması;
• Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi;
• Yeni satış razılaşmalarının əldə olunması üçün potensial müştərilərlə görüşlərin keçirilməsi;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• Müştərilər üçün şirkətin məhsul və xidmətlərinin təqdimatlarını keçirmək, təkliflər vermək və müştərilər ilə razılaşdırmaq;
• Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
• Təklif əsasında müqavilə və digər maliyyə sənədlərinin hazırlanaraq imzalatdırılması;
• Rəqib şirkətlərin fəaliyyətini və kampaniyaları haqqında məlumatların əldə edilməsi;
• Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və təhlilin aparılması;
• İşgüzar yazışmaların həyata keçirilməsi;
• Korporativ xidmətin yerinə yetirilməsinə və xidmət keyfiyyətinə nəzarət etmək;
• Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmək.

Şərtlər:

• Rəqabət qabiliyyətli əmək haqqı;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
• Nahar yeməyi şirkət hesabına;
• 6 gün iş günü, bazar günü istirahət;
• İş qrafki: saat 09:00-dan 18:00-ra kimi;

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini və maaş gözləntilərini e-mailin mövzu hissəsində “Marketinq və korporativ  satış üzrə mütəxəssis” sözlərini qeyd edərək hr@fairgroup.az e-ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP