Baş Mühasib
 
JOB TITLE: Baş Mühasib
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-07-19 LAST UPDATED: N/A DEADLINE: 2017-08-18

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Baş mühasib

Departament / şöbə: Maliyyə Departamenti

Əsas vəzifə və öhdəliklər

• Həvalə edilmiş şöbənin idarəedilməsinin planlaşdırması;
• Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması;
• Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
• Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
• Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
• Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
• Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
• Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanması və təqdim edilməsi.

Təhsil

• İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)

Təcrübə

• Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;

Texniki səriştələr

• Dil bilikləri: Azərbaycan dilini əla, Rus və İngilis dili bilikləri orta səviyyədə bilməli;
• MS Office -  Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• 1C proqramı 8.2 və ya 8.3. Proqramda mühasibatlıq uçotunu doğru qurmaq bacarığı olmalı;
• İnternet Bank proqramlarında işləmək bacarığı olanlara üstünlük veriləcək;
• Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
• Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
• Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
• Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
• Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını;
• Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını bilməli;
• Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
• Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, A.R Vergi Məcəlləsini, A.R Mülki Məcəlləsini bilməli.

İdarəetmə səriştələri

• Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti, yeni ideyaları qəbul etmə qabiliyyəti olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 19.08.2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Baş Mühasib” qeyd edərək recruitment@optimal.az ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP