Mühasib/Xəzinədar
 
JOB TITLE: Mühasib/Xəzinədar
EMPLOYER: KredAgro CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-07-19 LAST UPDATED: N/A DEADLINE: 2017-08-18

Mühasib/Xəzinədar
 
Vəzifəyə olan tələblər

• Ali iqtisadi təhsil;
• Eyni sahədə minimum 1 il iş təcrübəsi;
• Orta səviyyədə Excel bilikləri.

Əsas vəzifə və öhdəliklər:
 
-                Maliyyə Departamentinə ödəniş üçün daxil olmuş kredit sərəncamları və hesab fakturaların düzgünlüyünü yoxlayıb, müvafiq köçürmələr etmək;
-                Bank hesablarının qalıqları və aparılan əməliyyatları düzgün sənədləşdirmək, sığorta şirkəti ilə bağlı bütün əməliyyatları həyata keçirmək;
-                Əsas vəsaitlərin uçotunu apararaq, onların filiallar arası hərəkətinə nəzarət etmək;
-                Gün ərzində aparılan əməliyyatların müxabirləşmələrini təşkilatın məlumat idarəetmə sistemində (MİS) vermək;
-                Filiallar tərəfindən MİS-ə daxil edilmiş müxabirləşmələri yoxlamaq;
-                MİS-də əməliyyat gününün bağlanmasına köməklik etmək;
-                Mühasibat uçotu ilə bağlı ona tapşırılmış işləri vaxtında, müfəssəl və səhvsiz yerinə yetirmək üçün yalnız yoxlanmış məlumatları MİS daxil etmək;
-                Təşkilata ödəniş üçün daxil olunmuş məlumatları yoxlamaq, bir-biri ilə müqayisə etmək və araşdırmaq;
-                Əməliyyatları, hesabları və daxil edilmiş məlumatları qəbul edilmış qaydaya əsasən planlaşdırmaq;
-                Pul köçürmə əməliyyatlarını, vəsaitin ödənilməsi, geri qaytarılması və bir sıra sövdələşmə işlərini həyata keçirmək;
-                Mühasibatlığa aid olan faylları vaxtında və tam şəkildə yığıb saxlamaq;
-                Əmək haqqlarını hesablamaq;
-                Kassa əməliyatlarını aparmaq.
 
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  recruitment@kredaqro.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP