Strategiya və investisiya Departamenti , İnvestisiya şöbəsi - Mütəxəssis
 
JOB TITLE: Strategiya və investisiya Departamenti , İnvestisiya şöbəsi - Mütəxəssis
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-07-26 LAST UPDATED: N/A DEADLINE: 2017-08-25

Struktur bölmə : Strategiya və investisiya Departamenti , İnvestisiya şöbəsi

Vəzifə : Mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  09.08.2017

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
3. Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
4. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.

Namizədə olan tələblər:

İş təcrübəsi : Bankın Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində minimum 3 illik iş təcrübəsi;
Təhsili/ixtisası : Ali – (Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir);
Dil bilikləri : Azərbaycan dilində mükəmməl danışmaq və yazmaq bacarıqları, rus və ingilis dillərində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları;
Kompüter bilikləri : Böyük məlumat bazaları ilə işləmək bacarığı, Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı, Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq, Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.
Üstünlüklər : Riyaziyyat, məntiq və statistika üzrə biliklər, mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük.
Fərdi keyfiyyət tələbləri : Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, riyazi bacarıqlar, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “İnvestisiya” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP