Aktuariat şöbəsi - Mütəxəssis
 
JOB TITLE: Aktuariat şöbəsi - Mütəxəssis
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-07-26 LAST UPDATED: N/A DEADLINE: 2017-08-25

Struktur bölmə : Aktuariat şöbəsi

Vəzifə : Mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  09.08.2017

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin biznes fəaliyyətinin aktuar hesablamaları ilə dəstəklənməsini icra etmək;
2. Sığorta məhsulları üzrə müvafiq statistik cədvəllərə əsasən baza tariflərini müəyyən etmək;
3. Tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğini, sığortaçının öz vəsaitinin məbləğini və zərərlilik dərəcəsini hesablamaq;
4. Sığorta məhsulları üzrə təqdim olunan sığorta risklərini təhlil etmək;
5. Müxtəlif məhsullar və müştəri portfelləri üzrə zərərliliyin və mənfəətliliyin hesablanmasını həyata keçirmək;
6. Şirkətin sığorta ehtiyatlarının yerli qanunvericilik və Maliyyə hesabatlarının beynəlxalq standartları çərçivəsində yaradılması üzrə fəaliyyəti icra etmək;
7. Daxili və xarici istifadəçilərə təqdim etmək üçün aktuariat fəaliyyətinə aid məlumat xarakterli hesabatları hazırlamaq.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : Ali təhsil - ehtimal nəzəriyyəsi, riyazi analiz və ekonometrika sahəsində bakalavr dərəcəsi. Magistr təhsili arzu olunandır;
Dil bilikləri : İngilis və ya rus dillərindən ən azı birini əla səviyyədə bilməlidir;
Kompüter bilikləri : Yüksək səviyyəli Excel bacarıqları və digər Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
Üstünlüklər : Analitik düşünmə  və yüksək riyazi analiz qabiliyyəti, Aktuari akkreditasiyası;
Fərdi keyfiyyət tələbləri : Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı, proqnoz vermə bacarığı, riyazi bacarıqlar, hesabatların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Aktuar” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP