Mühasib-xəzinədar
 
JOB TITLE: Mühasib-xəzinədar
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-01 LAST UPDATED: 2017-08-01 DEADLINE: 2017-08-31

Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə avadanlıqları və bank avadanlıqlarının təchizatı ilə məğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir.

Mühasib-xəzinədar

İşçiyə dair öhdəliklər:

 Kassaya aid olan bütün əməliyyatlara nəzarət edir və məsuliyyətini daşıyır
 Kassaya mədaxil və məxaricə bir başa nəzarət edir və sənədləşdirir
 Satışdan kassaya pulun daxil edilməsini sistemli təqdim edir
 Kassanın mövcud vəziyyəti haqqında günlük, aylıq və illik hesabatları rəhbərliyə təqdim edir
 Gündəlik bank  hesabları  üzrə pul vəsaitinin hərəkətini 1 C bazasına daxil edir
 Təhtəlhesab şəxslərlə hesablaşmalar,avans hesabatlarını tərtib edir,yoxlayır,araşdırır

Əsas tələblər:

 Ali təhsilli olmalı
 Kassir vəzifəsində minimum 3 il iş təcrübəsi
 Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarığı, məsuliyyətli, punktual
 1C, MS Office proqramlarını bilməli
 Fəaliyyətin nəticəsindən asılı olaraq aylıq əlavə bonus
 İş vaxtı: Həftəiçi-09:00-18:00, şənbə-09:00-14:00

Uyğun namizədlər öz CV-lərini hr@halal.az e-mail ünvanına göndərə bilərlər.
(yalnız elektron ərizələr nəzərə alınır)

Xahiş olunur məktubun "SUBJECT" qrafasında "Mühasib-xəzinədar" yazasınız.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP