İnformasiya texnologiyaları xidməti - Mütəxəssis
 
JOB TITLE: İnformasiya texnologiyaları xidməti - Mütəxəssis
EMPLOYER: Embawood DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-01 LAST UPDATED: N/A DEADLINE: 2017-08-31

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu.

Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri: Bakı, Azərbaycan

Vəzifə adı:   İnformasiya texnologiyaları xidməti - Mütəxəssis

Iş qrafiki: 5 günlük / saat 08:30 – 17:30

Işin təsviri:

1. 1c 8.2 yaxud da 8.3 platforma bilikləri
2. “Управление производством” yaxud da “Управление торговым предприятием” 1с sistemlərində administratorluq yaxud da help-desk iş təcrübəsi
3. 1c 8 platforma dili ilə tanışlıq
4. 1c 8 mühitində hesabatların hazırlanması
5. Satış təşkilatının əsas biznes proseslərindən məlumatlı olmalı (alış, satış və sairə)
6. Maliyyə ucotu əsaslarını bilməli
7. Transact SQL dilini bilməli
8. Hansısa bir yüksək səviyyə proqramlaşdırma dillərinin əsaslarını bilməli (Java, c# və sair)
9. WEB service texnologiyalar ilə tanışlıq
10.  MS SSIS texnologiyalar ilə tanışlıq

Tələblər:

- Ali təhsil;(tətbiqi riyaziyyat və avtomatlaşdırma sahəsində)
- IT sahəsində 3 ildən artıq iş təcrübəsi
- Azərbaycan və Rus dillərini bilməli;
- İşə diqqətlə yanaşan
- Komandada işləməyi bacaran

Yaş həddi: 24 - 40 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”İnformasiya texnologiyaları xidməti - Mütəxəssis“ qeyd edib bu ünvana göndərəsiniz  hr@embawood.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP