Rəsmi Qurumlarla İş üzrə Mütəxəssis (Qala)
 
JOB TITLE: Rəsmi Qurumlarla İş üzrə Mütəxəssis (Qala)
EMPLOYER: Grand-Agro MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-02 LAST UPDATED: N/A DEADLINE: 2017-09-01

Şirkət: Grand-Agro MMC

Vəzifə: Rəsmi Qurumlarla İş üzrə Mütəxəssis

İş yeri: Qala qəsəbəsi

Şirkət barədə:

Grand Agro Abşeron yarımadasında zeytun və badam istehsalı sahəsində fəaliyyət göstərir. Şirkət 2017-ci ildə yaradılmışdır və hal-hazırda əsas fəaliyyəti Qala qəsəbəsi ərazisində Zeytun bağlarının salınmasından ibarətdir.

Vəzifə öhdəlikləri:

- Şirkətin fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan rəsmi icazələrin alınması
- Müxtəlif sənədləşmə işləri ilə əlaqədar müvafiq rəsmi qurumlarla danışıqların aparılması
- Müvafiq orqanlara təqdim edilməsi üçün sənədlərin tərtib olunması və ya hazırlanması üçün müvafiq struktur bölməsi ilə danışıqların aparılması
- İş ilə əlaqədar tez-tez Bakı və ətraf ərazilərin rəsmi qurumlarına, bəzən isə rayonlara səfərlər etmək
- Struktur bölməsinin fəaliyyəti ilə əlaqədar rəhbər tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi

Tələblər:

- Hüquq və ya oxşar ixtisaslar üzrə ali təhsil
- Rəsmi qurumlarla iş sahəsində ən azı 2 il iş təcrübəsi
- Səlis ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)
- Dil bilikləri: Azərbaycan dili - səlis, Rus dili - yaxşı, İngilis dili - orta
- MS Office proqramları ilə səlis işləmək bacarığı
- Stress altında işləmək bacarığı
- Müstəqil qərar vermək bacarığı

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə 18 Avqust 2017 tarixinədək hr@grandagro.az ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP