Satış Analitiki
 
JOB TITLE: Satış Analitiki
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-03 LAST UPDATED: N/A DEADLINE: 2017-09-02

Satış Analitiki

Vəzifə və öhdəliklər:

• Satışın dinamikasını mütəmadi izləmək və analizlər aparmaq;
• Aylıq/ illik satışları planlamaq və satış proqnozlarını hazırlamaq;
• Gündəlik/ həftəlik olaraq satış faktının çıxarılması, satış komandası üçün gündəlik/həftəlik təhlil/ hesabat formasını yaratmaq;
• Məhsul qalığı, satış komandası, istehsalçı və ərazi satışları haqqında məlumatların tələb olunan təhlil formasında yığılmasını və hazırlanmasını təmin etmək;
• Gündəlik/ həftəlik olaraq satış komandasının firmalar üzrə reytinqini müəyyənləşdirmək;
• Hər ay aylıq satış faktını analiz etmək və rəhbərliyə bu barədə hesabat təqdim etmək;
• Hər ay regionlar, satış kanalları və satış komandası üzrə satış planlarını hazırlamaq;
• İllik planların icra təhlillərini aparmaq;
• Nəticə üzrə analitik hesabatları hazırlamaq;
• Rəqabət mühitini təhlil etmək;

Tələblər:

• Ali təhsil (iqtisadiyyat, satış, statistika istiqamətlərdə)
• Bu sahədə minimum 3 il iş təcrübəsi;
• Yüksək analitik düşünmə qabiliyyəti və böyük informasiya ilə işləmə bacarığı;
• Excel və PowerPoint proqramlarını yüksək səviyyədə bilməli;
• Diqqətcillik və yüksək məhsuldarlıq;
• Rus, ingilis dil bilikləri

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı razılaşma yolu ilə müəyyənləşdirilir.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Satış Analitiki” yazaraq z.rahimova@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP