Aparıcı Operator
 
JOB TITLE: Aparıcı Operator
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-04 LAST UPDATED: N/A DEADLINE: 2017-09-03

Vəzifə: Aparıcı Operator

Şöbə: Anbar

Vəzifə və öhdəliklər:

• Şirkətin anbarına qəbul edilən malın sənəd dövriyyəsini və uçotu üzrə işi təşkil etmək;
• Satış nümayəndələri tərəfindən verilən sifarişlərin vaxtında və tam şəkildə anbar idarəetmə sistemində əks olunmasına nəzarət etmək;
• Qaimələrin və hesab fakturaların, həmçinin digər müşayiət sənədlərinin vaxtında yazılmasına nəzarət etmək;
• Uçot sistemi ilə anbar idarəetmə sistemi arasında məlumatın mübadiləsinə və gündəlik uçot sistemində əks olunan əməliyyatların əsaslı icra olunmasına nəzarət etmək;
• Anbarın işi zamanı yaranan müstəsna fövqaladə vəziyyətlərin operatorlar tərəfindən izlənilməsi və düzəldilməsinə nəzarət etmək;
• WMS sistemində anbar biznes proseslərinin tərtib edilməsi, təkmilləşdirilməsi və tətbiqini təmin etmək;
• Tranzit (Yolda) anbarlarının gündəlik sıfırlanmasına nəzarət etmək;
• Kompüterdə məlumatları uçot sisteminə (Logo) daxil etmək;
• Uçot sistemini istifadə edərək anbarın işi zamanı yaranan müstəsna fövqaladə vəziyyətləri izləmək və düzəltmək və düzəldilməsinə nəzarət etmək;
• Rəhbərliyin birinci tələbi əsasında uçot sistemində hesabatları tərtib etmək;
• Geri qaytarma fakturalarının geri qaytarma nəzarətçisinin və müddəti bitmiş anbardarın imzalı fakturaları əsasında aktivləşdirmək və işləməyən (deaktiv) qeri qaytarmalar üzrə hesabatı təqdim etmək;
• Yüklənmə zamanı sifarişlərdən silinən məhsulların araşdırılması aparıldıqdan sonra baş operatorun göstərişi ilə məhsulları sayım anbarına transfer etmək;
• Rutsuz olan satış nöqtələrinin siyahısını tərtib etmək, qaraj nümayəndəsinə göndərmək;
• Geri qaytarma fakturalarını ləngidən səbəblər, fiziki olaraq aktiv sistem tərəfindən qeyri-aktiv olan geri qaytarma sənədləri barəsində hesabat tərtib etmək;
• Anbar təsərrüfatının mal-material uçotu üzrə əməliyyatlarını icra etmək, əməliyyatların icrasını sənəd əsasında yerinə yetirmək, sənədlərin baş anbardara və ya etibarnamə əsasında maddi məsuliyyəti olan əməkdaşa imzalatdırılmaq, sənədləri arxivləşdirmək
• Mərkəzi anbarın və müddəti bitmiş anbarın gündəlik ehtiyacları olan mal-material və xidmət sifarişlərini vermək
 
Vakansiya ilə bağlı Tələblər:

• Ali təhsil (iqtisadiyyat)
• Yaş həddi 35-ə qədər;
• Xanımlara üstünlük verilir;
• Bu sahədə minimum 2 il iş təcrübəsi;
• Yüksək səviyyəfə MS office proqram bilikləri, xüsusilə yüksək səviyyədə MS excel proqram biliyi;
• Tiger proqramını bilənlərə üstünlük verilir;
• Anbar işinin prinsipləri və anbar loqistikası bilikləri.

Şəxsi keyfiyyətlər:

• Diqqətcillik, məsuliyyətlilik, punktuallıq, işində daim yenilikləri öyrənməyə və tətbiq etməyə həvəsli olan namizədlər.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Müyyən olunmuş nöqtədən Servis xidməti;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Operator” yazaraq z.rahimova@avrora.az ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP