İnşaat Mühəndisi
 
JOB TITLE: İnşaat Mühəndisi
EMPLOYER: Nurgun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-09 LAST UPDATED: N/A DEADLINE: 2017-09-08

İnşaat Mühəndisi

Əmək haqqı: 1200-1500 AZN
 
Öhdəlikləri:

- Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Materialların, konstruksiyaların və məmulatların qəbul olunmasını təşkil etmək və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil etmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
- Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;

Tələblər:

- Müvafiq sahədə ali təhsil;
- Azərbaycan və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
- Sürücülük vəsiqəsi;
- Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- İş üçün müvafiq kompüter proqramlarını bilmək (Word, Excel, AutoCAD,) arzu ediləndir;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək və s.

CV göndərərkən mövzu qismində “İnşaat mühəndisi” sozünün yazılması xahiş olunur.

E-mail: hr@nurgun.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP