Merçendayzer
 
JOB TITLE: Merçendayzer
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-10 LAST UPDATED: N/A DEADLINE: 2017-09-09

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Merçendayzer

Tələblər:

• Ali təhsil ( Marketinq sahəsində əli təhsil arzu olunandır)
• Merçendayzinqin əsaslarını mükəmməl bilməli
• Merçendayzer vəzifəsində iş təcrübəsi- 1 ildən, satış sahəsində iş təcrübəsi- 2 ildən artıq olmalıdır
• Yüngül sənaye, ev əşyaları və s. sahələrdə iş təcrübəsi olanlara üstünlük veriləcək

Vəzifələr:

• Mağazalarda planlaşdırılmış reformat, renovasiya işlərinin təşkil edilməsi
• Malların düzülüşü haqqında mağaza heyətinə təlimlərin keçirilməsi
• Şirkət tərəfindən qoyulmuş qaydalara riayət olunub-olunmadığını qiymətləndirmək üçün mağazaların yoxlanılması, o cümlədən: malın düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsi, malların sifarişi və s.
• Yeni təyin olunmuş qayda və kampaniyalar haqda mağaza personalının məlumatlı olub olmadığını müəyən etmək üçün sorğu-sualın aparılması

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü, istirahet günü: şənbə, bazar
• Əmək haqqı- razılaşma yolu ilə
 
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Merçendayzer” yazaraq CV formasını hr@abc-telecom.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP