Mühasibatlıq Şöbəsinin Rəhbəri
 
JOB TITLE: Mühasibatlıq Şöbəsinin Rəhbəri
EMPLOYER: PAŞA Sığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-10 LAST UPDATED: N/A DEADLINE: 2017-09-09

“PAŞA Sığorta” ASC namizədləri Mühasibatlıq Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Mühasibat uçotu məlumatlarına dair Şirkətin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
• Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
• Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
• Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
• Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.

Bilik və bacarıqlar:

• Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
• Maliyyə sahəsində baş mühasib vəya şöbə rəhbəri kimi 3 il iş təcrübəsi;
• Sığorta Qanunvericiliyi, Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
• Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
• Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı;
• Azərbaycan, rus və ingilis dillərində peşəkar səviyyədə bilik və şifahi ünsiyyət bacarığı.

Son müraciət tarixi: 31 Avqust 2017-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP