IT Mütəxəssisi
 
JOB TITLE: IT Mütəxəssisi
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-08-11 LAST UPDATED: N/A DEADLINE: 2017-09-10

IT Mütəxəssisi

İş haqqında məlumat

• Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
• Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
• İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
• Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
• Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
• PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
• Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.

Tələblər

• Microsoft Windows XP, Vista, 7, 8 əməliyyat sistemlərini bilməli;
• Ehtiyaca görə şirkət daxilində istifadə olunan müxtəlif standart proqramlar (Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlar);
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli
• CCNA ,microsoft OS sertifikatları arzu olunandır
• Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
• Server əməliyyat sistemlərindən anlayışı olmalı;
• Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
• Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.);
• Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi);
• Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı;
• İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
• Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli;
• Mobil cihazların ehtiyatının alınması və yenidən qurulmasını bilməlidir.

İş şərtləri

Həftə içi 5 gün, saat 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “IT mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP