Memar
 
JOB TITLE: Memar
EMPLOYER: Melissa Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-10 LAST UPDATED: 2017-10-10 DEADLINE: 2017-11-09

Melissa Group “Memar” vakansiyası elan edir:

Vəzifə öhdəlikləri:

• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
• Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
• İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
• İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
• Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
• Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
• Aylıq smetaların hazırlanması;
• Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

• Altıgünlük iş qrafiki.
• Əməkhaqqı: 700-1000 manat

Vəzifəyə dair tələblər:

• Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
• Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (yüksək mərtəbəli yaşayış binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
• AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
• Əllə eskizləri çəkmək bacarığı;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
• müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
 
CV-lərinizi hr@melissagroup.az ünvanına "memar" başlığı ilə göndərməyiniz və ya  https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP