Texniki ofisin Konstruktoru
 
JOB TITLE: Texniki ofisin Konstruktoru
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-31 LAST UPDATED: 2017-10-31 DEADLINE: 2017-11-30

Vəzifənin adı: Texniki ofisin Konstruktoru

Vəzifə öhdəlikləri:

• Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır;
• Material sərfinin hesablanmasını təmin edir;
• Materialları təyinatına görə seçir;
• İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir;
• Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edir;
• Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
• İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
• Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
• Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  sənaye nümunələrinin hazırlanması, ixtiralar üçün sifariş tərtib edilməsi, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak edir.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməli;
• Beynəlxalq standartlarla, QOST və SNİP ilə və digər normativ texniki sənədlərlə işləyə bilməli;
• Stressə dözümlülük, texniki həll verə bilmək bacarığı, təzyiq altında işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office proqramları və AutoCad.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: recruitment@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP