PR və Brend Menecer
 
JOB TITLE: PR və Brend Menecer
EMPLOYER: Amapola Exclusive Events MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-05 LAST UPDATED: N/A DEADLINE: 2017-11-04

Amapola Exclusive Events MMC PR və Brend Menecer vəzifəsinə işəqəbul elan edir.

2013-cü ilin avqust ayında təsis edilən “Amapola Exclusive Events” şirkəti vahid məqsəd ətrafında birləşən kreativ insanlardan ibarət bir komanda yaratmışdır. Şirkət dövlət tədbirləri, toy mərasimləri, ad günləri və hər növ korporativ tədbirlərin təşkilini həyata keçirir. “Amapola Exclusive Events” tədbirlərin təşkilində ən son tendensiyalar və ən yaxşı təcrübələrə əsaslanır və öz müştərilərinə geniş miqyaslı xüsusi həlləri təklif edir. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də “Amapola Exclusive Events”    ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Brendin inkişafı üzrə strateji planlaşdırmanı həyata keçirmək (brend strateqiyasını razılaşdırmaq, brend portfoliasını genişləndirilmək);
• Brendin inkişafı üçün təchizatçılar və tərəfdaşlar ilə birgə ayrılmış büdcə üzrə marketinq planlarının həyata keçirmək və koordinasiya etmək;
• Şirkətin brendinə uyğun kataloqlarının, broşürlarının, bannerlərinin, saytın, bloqun və s., hazırlanması;
• Şirkət və tədbirlər barədə bannerlərin, roliklərin və s., saytlarda yerləşdirilməsi üçün danışıqların aparılması;
• Şirkətin brendinə uyğun blaknotlara, qələmlərə, vizitkalara, papkalara, iri və kiçik miqyaslı paketlərə dizaynın verilməsi;
• Print materiallarının hazırlanması, təşkili və sifariş olunması;
• Qiymət, keyfiyyət və icra müddəti baxımından daha sərfəli olan tipoqrafiya və poliqrafiya xidmətlərin Təchizat və logistika şöbəsi ilə birgə seçilməsi, hesabatlılığın təmin edilməsi və Rəhbərliyə təsdiq edilməsi.
• İnformasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
• KİV ilə kontaktların mövcudluğu;
• PR konsepsiyasının yaradılması təcrübəsi, konkret PR tədbirlərinin həyata keçirilməsi;
• Press-relizlər, məqalələr və ən fərqli reklam daşıyıcıları üçün reklam hazırlamaq səriştəsi;
• PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması.

Namizədə qarşı tələblər:

• Göstərilən vəzifə üzrə ən azı 1-3 illik iş təcrübəsinin olması;
• Ali təhsil (Reklam, dizayn, rəssamlıq və s. üzrə);
• Azərbaycan dili, rus dili – mükəmməl, ingilis dili yaxşı səviyyədə;
• Kompüterdə və İnternetdə sərbəst, yüksək səviyyədə işləmək;
• Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər;
• Web design, brendinq, qablaşdırma üzrə biliklər;
• Adobe PhotoShop, CorelDraw, AutoCad kimi qrafik proqramlarda işləmə bacarığı;
• 3D Max proqramında işləmə bacarığı əlavə üstünlük ola bilər;
• Kreativ, amma eyni zamanda məsuliyyətli, komandada işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV və Portfolionu hr@amapola.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “PR və Brend menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP