Mühasib köməkçisi
 
JOB TITLE: Mühasib köməkçisi
EMPLOYER: Greenhouse Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-06 LAST UPDATED: 2017-10-06 DEADLINE: 2017-11-05

Greenhouse Company

MÜHASİB KÖMƏKÇİSİ

• Mühasibat uçotunun aparılması;Mal-Material uçotunun aparılması;
• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
• İşçilərlə hesablaşmaların təmin edilməsi;
• Bank əməliyyatlarının həyata keçirilməsi;
• Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
• Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin proqram təminatına daxil edilməsi;
• Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 1 ilə yaxın iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (ən əsasıEXCEL)
• Komandada işləmək bacarığı;
• Ingilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı .
 
• İş günləri : həftədə 5 gün.
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib köməkçisi” qeyd edərək öz CV lərini  hr-greenhouse@outlook.com   elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP