Mülki müdafiə və yanğından mühafizə üzrə Mütəxəssis (Daşkəsən rayonu)
 
JOB TITLE: Mülki müdafiə və yanğından mühafizə üzrə Mütəxəssis (Daşkəsən rayonu)
EMPLOYER: QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-06 LAST UPDATED: N/A DEADLINE: 2017-11-05

Şirkət haqqında:

Azərbaycan Respublikasında bəzi faydalı qazıntı yataqlarının tədqiqi və idarə olunması sahəsində fəaliyyət göstərən kommersiya təşkilatına stabil, təhlükəsiz iş yeri və prespektivli karyera axtarışında olan namizədləri Mülki müdafiə və yanğından mühafizə üzrə mütəxəssis vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.

İş yeri: Daşkəsən rayonu

Əsas vəzifə və öhdəliklər:

• İlkin təlimatlandırmanı, eyni zamanda mövcud işçilər ilə təkrar, plandan kənar və cari təlimatlandırmaları təşkil etmək;
• Mülki müdafiə tədbirlərini təşkil etmək və işçi heyətinin fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri həyata keçirtmək;
• Mülki müdafiə və yanğından mühafizə tələblərinin işçi heyətinə izah edilməsi və yerinə yetirilməsinin təşkili;
• Cəmiyyətin mülki müdafiə üzrə tam hazırlığını təmin etmək məqsədilə illik mülki müdafiə tədbirləri planı tərtib etmək;
• Mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirtmək;
• İşçi heyətin, habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində vaxtında xəbər vermək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair tam və obyektiv məlumat vermək;
• Obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək, təxliyyə planlarının hazırlanmasında iştirak etmək;
• İş yerində dövrü olaraq müəssisədaxili monitorinq keçirtmək və çatışmamazlıqların aradan qaldırılması üçün SƏTƏM üzrə koordinatora təkliflər vermək;
• Mülki müdafiə və Yanğından  mühafizə üzrə hesabatları hazırlanmasını təşkil etmək;
• Yerinə yetirdikləri vəzifələrə görə mülki müdafiə və könüllü yanğınsöndürmə dəstələri yaratmaq;
• Mülki müdafiə və Yanğından  mühafizə üzrə təlim-məşq toplantılarını keçirtmək, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirtmək,
• Obyektin ərazisində radiasiya və kimyəvi vəziyyətin müşahidəsini apararaq zəhərləməni vaxtında aşkar etmək və rəhbərliyə məlumat vermək;
• Epidemiya əleyhinə, sanitar-gigiyenik, xüsusi profilaktik və digər tibbi tədbirləri icra etmək;
• Obyektlərdə qəza xilas etmə təlimatlarının, planların işlənib hazırlanmasını təşkil etmək;
• Baş vermiş hadisələrin tədqiqatının aparılması;
• İnsidentlərin araşdırılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Əməyin təhlükəsizliyi, ətraf mühit sistemiləri sahəsində əsas tələb və prinsipləri bilməli;
• Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
• Sənədlərin tərtib edilməsi və rəsmləşdirilməsi qaydasını bilməli;
• Planların icrası və monitorinq işlərinin aparılmasını bilməli;
• MS Office proqramlarını mükəmməl bilməli;

• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

•  Tələb olunan sahə üzrə ali təhsil;
•  Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mülki müdafiə və yanğından mühafizə üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) qsc.hr2017@gmail.com elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP