Televizor ustası
 
JOB TITLE: Televizor ustası
EMPLOYER: ATL Electronics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-06 LAST UPDATED: N/A DEADLINE: 2017-11-05

ATL Electronics şirkəti beynəlxalq miqyasda tanınmış məişət avadanlıqları markalarına məxsus məhsulların ticarəti ilə məşğuldur və hazırda 60-dan artıq dillerlər şəbəkəsinə malikdir.

Hazırda ATL Electronics şirkətinin Servis Mərkəzinə “Televizor ustası” vakansiyası üzrə CV-lərin qəbulu açıq elan edilir.

Vəzifə öhdəlikləri:

• Televizorların peşəkar səviyyədə diaqnostikası və təmiri
• Daxil olan sifarişlər əsasında televizorlara baxışın keçirilməsi
• Televizor təmiri üzrə gərəkli avadanlıqların sifariş edilməsi
• Müştərilərə televizorun problemləri və həlli barədə məlumatların verilməsi
• Yerinə yetirilən sifarişlər ilə bağlı hesabatların hazırlanması

Tələblər:

• Natamam ali, orta təhsil
• Azərbaycan və Rus dillərində səlis danışıq bacarığı
• Müxtəlif növ televizor avadanlıqları və hissələri barədə peşəkar biliklərə sahib olmaq;
• Televizor ustası kimi minimal olaraq 2 il iş təcrübəsinə malik olmaq

Peşəkar biliklər:

• Televizor avadanlıqlarında yaranmış problemləri yerindəcə təhlil etmək;
• Sxem texnikaları barədə məlumata sahib olmaq;
• Daxil olan sifarişlərə məsuliyyətlə yanaşmaq
• Təmir ilə bağlı elektron ləvazimatlardan peşəkar istifadə bacarığı

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə applicants@atltech.az elektron ünvanına mövzu hissəsində “Televizor ustası” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP