Planlama üzrə Baş Mühəndis
 
JOB TITLE: Planlama üzrə Baş Mühəndis
EMPLOYER: Norm LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-09 LAST UPDATED: N/A DEADLINE: 2017-11-08

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Planlama üzrə Baş Mühəndis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə görə cavabdehlik
• Avtomatlaşdırılmış texniki təmir proqramı üçün infrastrukturun hazırlanmasına görə cavabdehlik
• Qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı
• Planlaşdırma və yağlama şöbələri üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması
• Texniki təmir üzrə digər məsul şəxslər məzuniyyətdə olduğu müddətdə materialların    tədarükü və texniki spesifikasiyaların hazırlanması
• İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi
• “İstismar Müddətinə Zəmanət”in şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi; hər il yoxlanması tələb olunan qəlibləmə materiallarının istismar zəmanətlərinə nəzarət
• Planlaşdırma və yağlama şöbələri üçün yağ və texniki təmir materiallarının təchizatında iştirak etmək və ehtiyatların standartlaşdırılması
• Dərc olunmuş “Qabaqcıl Təcrübə”nin əlaqəli bölmələrinin araşdırılması və tətbiqi
• Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin təşkili
• Treninqlər və təhsillə bağlı ehtiyacların müəyyən edilməsi və müvafiq proqramların təşkili ilə bağlı treninq şirkətləri ilə birlikdə tədqiqatların aparılması
• Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması
• Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili
o Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
o Texniki ofisin arxivində cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili
• Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması
• Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək
• Büdcələrin və illik texniki təmir xərclərinin tərtibatında iştirak etmək
• Büdcə rəqəmlərinin faktiki rəqəmlərlə müqayisəsi üçün müqayisə cədvəllərini hazırlamaq, yeni büdcənin tərtibatında iştirak etmək
• Korrektəedici və ehtiyat tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət etmək səlahiyyəti
• Planlama heyətinin fəaliyyətini izləmək, zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri
• Planlama heyətinə xidmətlə bağlı təlimatlar vermək səlahiyyəti
• Planlama üzrə icazə vermək səlahiyyəti
• Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi
• İşlərin təkmilləşdirilməsi məqsədilə digər şöbələrlə əməkdaşlıq

Tələblər:

• Mexaniki planlama mühəndisliyi sahəsində ali təhsil
• Sənaye sahəsində 5 il iş təcrübəsi (Sement sahəsində təcrübəsi olanlara üstünlük verilir)
• İngilis dili
• MS Office komputer proqramı üzrə bacarıqlar
• SAP

Tələb olunan səriştə və bacarıqlar

• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
• Keyfiyyət yönümlülük
• Analitik təfəkkür
• Qərar qəbuletmə
• Səlahiyyətin verilməsi
• Digər şəxsləri inkişaf etdirmək
• Planlaşdırma və təşkilatçılıq
• Komandaya rəhbərlik
• İnkişaf Konsepsiyası və Strateji İstiqamət
• Təmir işlərinin planlaşdırılması
• Təmir işlərinin idarə olunması

Tərcümeyi-hallarınızı hr@norm.az ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 20/10/2017

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP