Quraşdırma cə Çatdırılma üzrə nəzarətçi
 
JOB TITLE: Quraşdırma cə Çatdırılma üzrə nəzarətçi
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-10 LAST UPDATED: N/A DEADLINE: 2017-11-09

Collezione Italia Azərbaycanda vüsət alaraq geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks interyer satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia lyuks sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu brendlərini idxal edərək xidmət göstərir.

Collezione Italia hazırda Quraşdırma cə Çatdırılma üzrə nəzarətçi vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifənin məqsədi:

Müştərilərin sifarişlərinin çatdırılması və quraşdırılması əsnasında yüksək səviyyəli xidmətin təmin edilməsi.

Namizədə dair əsas tələblər:

• Yaş: 35-45;
• Cins: kişi;
• Mebel sahəsində baza məlumata sahib olmaq
• Azərbaycan və rus dillərini bilmək;
• Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi (xüsusi ilə lüks məhsulları);
• Ofis proqramlarını bilmək (Word, Excel, Power Point, Outlook);
• Müştərilərlə iş və ünsiyyət bacarıqları.

Əsas vəzifə və öhdəliklər:

• Satış məkanı üzrə həyata keçirilən bütün çatdırıılma və quraşdırma işlərinin məlumatını toplamaq
• Toplanmış məlumat əsasında çatdırılma və quraşdırma işlərinin başlanmasını təşkil etmək
• Çatdırılma və quraşdırma prosesində yaranmış bütün məsələlərin həllini təşkil etmək
• Çatdırılma və quraşdırma prosesində malların təslimatı üzrə iş heyətinin işini təşkil etmək
• Sifariş üzrə daşınan malların vaxtlı vaxtında və zədəsiz müvafiq ünvana çatdırılmasıni təmin etmək
• Çatdırılma və quraşdırma prosesinin yüksək səviyyədə başa çatdırılmasını təmin etmək və təslimat üzrə iş heyətindən təhvil almaq
• Müştəriyə nəticələnmmiş iş üzrə təhvil - təslim prosesini həyata keçirmək

Şərtlər:

• İş qrafki: saat 10:00-dan 19:00-ra kimi;
• Nahar şirkət tərəfindən təmin edilir;
• Mobil danışıqlar şirkət tərəfindən təmin edilir;
• Aylıq əmək haqqından əlavə satışlara görə bonus və mükafatlar

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Çatdırılma və Quraşdırma üzrə nəzarətçi” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP