Büdcə şöbəsinin baş mütəxəssisi
 
JOB TITLE: Büdcə şöbəsinin baş mütəxəssisi
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-10 LAST UPDATED: N/A DEADLINE: 2017-11-09

MALİYYƏ DEPARTAMENTİ

Vəzifə: Büdcə şöbəsinin baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Orta ixtisas və ya ali təhsil;
• Maliyyə təhlili üzrə iş təcrübəsi;
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur);
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).

İŞİN TƏSVİRİ:

• Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
• Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, habelə qiymət siyasəti barədə təkliflərin hazırlanması;
• Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
• Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
• Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın Maliyyə təhlilinin aparılması.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin baş mütəxəssisi” qeydi edərək insan.resurslari@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP