Hesabatların hazırlanması üzrə mütəxəssis
 
JOB TITLE: Hesabatların hazırlanması üzrə mütəxəssis
EMPLOYER: Bakı Brend Shop mağazası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-11 LAST UPDATED: N/A DEADLINE: 2017-11-10

İş yeri: Bakı Brend Shop mağazası

Mövqe: Mağaza (Baş ofis)

Vəzifə: Hesabatların hazırlanması üzrə mütəxəssis

Əmək haqqı: 400-500 AZN

Vəzifə öhdəlikləri:

• Aylıq satış və satınalma ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
• Yerli tədarükçü şirkətlərdən satınalma qiymət təkliflərinin alınması və optimal təkliflərin müqayisəli şəkildə birbaşa rəhbərinə təqdim edilməsi;
• Satınalma zamanı şirkətin daxili prosedurlarına uyğun olaraq zəruri məlumatların elektron sistemə daxil edilməsi;
• Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması və müvafiq qovluqlara yığılması;
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Satış trendlərinə əsasən satınalma proqnozlarının hazırlanması;
• Keçirilən tanıtım və müxtəlif məzmunlu kompaniyalar kimi müxtəlif aksiyaların nəticələrini toplamaq, əldə olunmuş məlumat əsasında onların faydalılıq göstəricisini müəyyənləşdirmək.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Xanım namizədlərə üstünlük verilir;
• Yaş həddi 30 yaşa kimi;
• Satış və satınalma sahəsində 2 il iş təcrübəsi;
• Azərbaycan, Rus, İngilis dillərində sərbəst danışmaq qabiliyyəti;
• Yüksək analitik düşünmə qabiliyyətə malik olmalıdır;
• Komanda ilə işləmə bacarığı, düzgün şifahi və yazılı ünsiyyət bacarıqları;
• İşində dəqiq və məsuliyyətli olmalı, gərgin iş qrafikində işləməyi bacarmalıdır;
• Ezamiyyətlərə getməyə hazır olmalıdır;
• MS Excel, MS Word, MS Power Point, Outlook proqramlarında yüksək səviyyədə və 1 C və ya digər oxşar proqramlarında orta səviyyədə işləmə bacarığı.

Əlaqə Telefonu: (050) 306 37 07

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr.brendshops@gmail.com ünvanına göndərə bilərlər. Başlıq hissə göstərilməyən CV-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP