Kredit risklərinin idarə edilməsi şöbəsinə Mütəxəssisi
 
JOB TITLE: Kredit risklərinin idarə edilməsi şöbəsinə Mütəxəssisi
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-12 LAST UPDATED: N/A DEADLINE: 2017-11-11

“Bank Respublika” ASC Risklərin idarəedilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Tələblər:

• Ali iqtisadi/riyazi təhsil;
• MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir (Excel proqramı əla səviyyədə olan, habelə Eviews proqramında işləməyi bacaran namizədlərə üstünlük veriləcək);
• Analitik düşünmə qabiliyyəti;
• Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• Kredit sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı.

Öhdəliklər:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Kredit riskləri ilə bağlı daxil olan sorğuların cavablandırılması;
• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsində iştirak;
• Kredit riskləri üzrə hesabatlığın hazırlanmasında iştirak;
• Kredit risklərinin idarəedilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlillərdə tətbiqi.

Uğyun namizədlərdən CV-lərini mövzu sətrində  “Kredit riskləri üzrə mütəxəssis” qeydi edərək cv@bankrespublika.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 10 noyabr 2017-ci il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP