Elektrik
 
JOB TITLE: Elektrik
EMPLOYER: Oil Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-12 LAST UPDATED: N/A DEADLINE: 2017-11-11

Vakansiyanın adı: Elektrik

Vəzifə öhdəlikləri (funksiyaları):

Alət və avadanlıqların düzgün istismarını təşkil etmək;  İşin keyfiyyətinin və işə davamiyyətin yüksəldilməsi üzrə tədbirlər həyata keçirmək;
İş prosesinin sənədləşdirilməsini təşkil etmək;
İş yerlərində materialların, ehtiyat hissələrinin və alətlərin düzgün və səliqəli yığılmasını təmin etmək;
İşçilərin səhhətinə təhlükə yaradan amillərin aşkar edildiyi zaman işi saxlamaq;
Yeni işə qəbul olunmuş fəhlələri təcrübəli fəhlələrə təhkim etmək və onların biliklərə yiyələnmələrini təşkil etmək;
İşdə nasaz və yararsız avadanlıqlardan, alətlərdən, qurğulardan istifadə olunmasına yol verməmək;  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, elektrik və yanğın təhlükəsizliyi, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi, avadanlıqların və alətlərin texniki istismarı qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər keçirmək, həmçinin onlara riayət edilməsini təşkil etmək;
İşlərin düzgün və təhlükəsiz aparılmasını, avadanlıqların, mexanizmlərin, alətlərin, nəzarət-ölçü cihazlarının təhlükəsiz istismarını təmin etmək;
İstifadə edilən qızdırıcı və s. cihazların texniki saz vəziyyətdə olmalarını yoxlamaq;
İş yerində xəsarət alan işçiyə ilk tibbi yardım göstərmək, baş vermiş hadisə haqqında təcili olaraq rəhbərliyə məlumat vermək; İş yerlərinin və ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlərin yerinə yetirilməsini təşkil etmək;  Yanğınsöndürən avadanlıq və alətlərin həmişə yararlı vəziyyətdə saxlanmasına nəzarət etmək;
Baş vermiş bədbəxt hadisələrin təhqiqində və onların qarşısını alan tədbirlərin hazırlanmasında iştirak etmək, tədbirlərin yerinə yetirilməsi haqqında rəhbərliyə müntəzəm olaraq məlumat vermək. 

Bilməlidir:

İngilis dilində ünsiyyət qabiliyyəti;
Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismar qaydalarını;
Elektrik avadanlıqlarının montaj və təmir metodlarını;
Avadanlığın təmirdən sonra təhvil verilmə və qəbul qaydasını;
Elektrik avadanlıqlarına xidmət işinin nəzəri və praktik əsaslarını;
İş prosesində çətinliklərin əmələ gəlmə səbəblərini və ləğv edilmə üsullarını;
İşlədilən materialları və onların saxlanması qaydasını;
İstehsalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını. 

Təhsil:
Ali təhsil

İş təcrübəsi:
Neft və qaz sənayesində azı 10 il iş təcrübəsi

CV lərinizi nipineftegas@yahoo.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP