Mexanik
 
JOB TITLE: Mexanik
EMPLOYER: Oil Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-10-12 LAST UPDATED: N/A DEADLINE: 2017-11-11

Vakansiyanın adı: Mexanik

Vəzifə öhdəlikləri (funksiyaları):

Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.

Bilməlidir:

İngilis dilində ünsiyyət qabiliyyəti;
Şirkətin qərar, sərəncam və əmrlərini, avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini;
müəssisədə təmir xidmətinin təşkilini; avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını;
montaj və təmir metodlarını; defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını;
avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Təhsil:
Ali təhsil

İş təcrübəsi:
Neft və qaz sənayesində azı 10 il iş təcrübəsi

CV lərinizi nipineftegas@yahoo.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP