Biznesin inkişafı və marketinq departamenti, Biznesin inkişafı şöbəsi, Menecer
 
JOB TITLE: Biznesin inkişafı və marketinq departamenti, Biznesin inkişafı şöbəsi, Menecer
EMPLOYER: Sumqayıt Texnologiyalar Parkı MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-01 LAST UPDATED: 2017-12-01 DEADLINE: 2017-12-31

Vəzifənin adı: Biznesin inkişafı və marketinq departamenti, Biznesin inkişafı şöbəsi, Menecer

Vəzifə öhdəlikləri:

• Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Müəssisənin uğurlu imicinin yaradılması;
• Biznes proseslərinin təkmilləşdirilməsi;
• Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
• Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Yeni məhsulların yaradılması, onların təşviq metodlarının seçilməsi;
• Marketinq planının hazırlanması və koordinasiyası;
• Marketinq xərclərinin optimallaşdırılması;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması;
• Media və kütləvi informasiya vasitələrində reklamın yerləşdirilməsi;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
• Dövrü hesabatların hazırlanması və təhlili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi olmalı (İstehsal sahəsi üzrə təcrübə arzuolunandır);
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmalı;
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalı;

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP