Layihə Koordinatoru
 
JOB TITLE: Layihə Koordinatoru
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-11-29 LAST UPDATED: N/A DEADLINE: 2017-12-29

Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə avadanlıqları və bank avadanlıqlarının təchizatı ilə məğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribütorudur.

Layihə Koordinatoru

Minimum bilik, səriştə və keyfiyyətlər

 Layihələrlə işləmək, uyğun sənəd dövriyyəsini apara bilmək təcrübəsi 
 Marketinq, kommersiya və ya texniki sahədə ali təhsil
 Şirkətin iştirak etdiyi tədbirlərdə təşkilatçılıq bacarığı
 Tenderlərdə iştirak sahəsində bacarıqlar 
 Iş planına uyğun layihələrin reallaşmasını həyata keçirmək
 Iş fəaliyyətinin ümumi sxeminə uyğun işçilərarası, şöbələrarası, layihə qrupunda iştirakçılararası koordinasiyanı təşkil etmək bacarığı
 Layihələrin təqdimatını təşkil etmək
 Pozitiv davranış və düşüncə tərzi, ünsiyyətcillik
 Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti
 Azərbaycan dilində yüksək səviyyədə biznes yazışmaları aparmaq qabiliyyəti
 MS Office computer bilikləri (xüsusən EXCEL və POWERPOINT)
 Əmək haqqı: 400+

Üstünlük verilən meyarlar

 Texnika, mexanika, elektronika və bank işi sahəsində bilik və təcrübə
 Öyrənmək və inkişaf etmək potensialı və istəyi
 Komandada işləmək bacarığı
 İngilis və ya rus dili bilikləri

Uyğun namizədlər öz CV-lərini hr@halal.az e-mail ünvanına göndərə bilərlər.
(yalnız elektron ərizələr nəzərə alınır)

Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Layihə üzrə koordinator" yazasınız.

 “Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP