Catering Manager
 
JOB TITLE: Catering Manager
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-12 LAST UPDATED: 2017-12-12 DEADLINE: 2017-12-29

Catering Manager

Əsas vəzifələr və öhdəliklər:

- Xörək və kulinar məmulatları növlərinin hazırlanması texnologiyasını, milli və xarici mətbəxlərin xörəklərinin bişirilməsi xüsusiyyətlərini bilmək;
- Baş aşpazla birgə menyunu hazırlamaq;
- Malı qəbuletmə-təhvilvermə aktlarına və keyfiyyət sertifikatına əsasən qəbul etmək, onun çeşidini, miqdarını və keyfiyyətini yoxlamaq, müəyyən olunmuş uçotunu aparımaq və mal hesabatını tərtib etmək;
- İş növbələrini tərtib etmək, onların qəbuluna və təhvilinə nəzarət etmək;
- İş prosesində xörəklərin və göstərilən xidmətlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarət etmək, qarşıya çıxan nasazlıqları aşkar etmək və onları aradan qaldırmaq;
- Görülən işin texnoloji prosesini, avadanlıq, ləvazimat və alətlərdən istifadə edilməsinin texniki qaydalarını, enerji, yanacaq, xammal və materialların sərfi normasını, zay məhsulun növlərini, onu əmələ gətirən səbəblərini və onların aradan qaldırılması üsullarını bilmək;
- Müştərilər və təchizatçılar ilə sıx əməkdaşlıq etmək, müştərilərin müraciətlərini və şikayətlərini təhlil etmək;
- Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarına, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarına əməl olunmasını təmin etmək;
- Şirkətin Direktorunun göstərişlərini öz səlahiyyəti çərçivəsində keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:

- İctimai iaşə sahəsində müvafiq təhsilin olması;
- İctimai iaşə (Catering) sahəsində ən azı 5-10 illik iş stajı (onlardan 4-5* hoteldə ən azı 2 il iş stajı);
- Yerli və ya Türkiyə vətəndaşı olmalı;
- Liderlik və idarəetmə bacarığı;
- Təşəbbüskarlıq qabiliyyəti;
- Diqqət və məsuliyyət;
- Problemləri tez və effektiv şəkildə həll etmə bacarığı;

Salary: 1000 AZN Gross

Interested candidates should submit CV's to recruitment@ires.az and indicate the position applying for in the Subject line.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP