Mal və materialların,xidmətlərin,istehsal əməliyyatlarının uçotu üzrə Mühasib
 
JOB TITLE: Mal və materialların,xidmətlərin,istehsal əməliyyatlarının uçotu üzrə Mühasib
EMPLOYER: Ayan MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-01 LAST UPDATED: 2017-12-04 DEADLINE: 2017-12-31

Mal və materialların,xidmətlərin,istehsal əməliyyatlarının uçotu üzrə Mühasib

Ayan MMC şirkəti İstehsalat və xidmət sahələri üzrə mühasib vakansiyası üzrə CV-lərin qəbulunu elan edir.

Vəzifə öhdəlikləri

1.1 İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və  hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək.
1.2 Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət.
1.3 Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək. 

1.4 Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək.
1.5 Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi.
1.6 Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi.
1.7 Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
1.8 Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək.
1.9 Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.
1.10 Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

Kişi namizədlərə üstünlük verilir;
Tələb olunan yaş həddi: 25-38;
Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta, ingilis dili-orta.
Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
Analoji sahədə ən azı 2 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
Vergi qanunvericiliyi,Əmək qanunvericiliyi,Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
İFRS,ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir
ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice)üstünlük verilir.
Beynəlxalq sertifikasiya arzuolunandır
Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Problemləri həll etmək bacarığıba malik olmaq;
Verilmiş tapşırıqları vaxtında icra etmək
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
 
Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 6 gün, 08:00 – 17:00
 
CV-lərinizi info@ayan-az.com  ünvanına “Mühasib” başlığı ilə göndərə bilərsiniz.
Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: 055 444 23 11/ 012-342-99-36

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP