Keyfiyyətə nəzarət üzrə Mütəxəssis (Sumqayıt)
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə Mütəxəssis (Sumqayıt)
EMPLOYER: Business Service Centre LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2017-12-01 LAST UPDATED: 2017-12-05 DEADLINE: 2017-12-31

Keyfiyyətə nəzarət üzrə Mütəxəssis (Sumqayıt)

Tələblər:

- Ali təhsil (texniki, iqtisadiyyat, idarəetmə və ya hüquqşünaslıq sahəsində)
- Bu sahə üzrə 1 il təcrübə,
- İSO standart tələblərini bilməli,
- İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir,
- Yaş həddi 23 və yuxarı.

Vəzifələr:

-  Cəmiyyət tərəfindən göstərilən xidmətlərin və istehsal olunan məhsulun keyfiyyətinin qüvvədə olan standarta və müştərilərin tələblərinə uyğunluğunun təşkilində və həyata keçirilməsində iştirak etmək;
- Cəmiyyət tərərfindən təqdim olunan məhsulların keyfiyyətinin idarə edilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
- İdarəetmə Sisteminin  həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək;
- Şöbə müdirinin göstərişi ilə İdarəetmə Sistemləri ilə bağlı olan məsələlər daxil olmaqla Cəmiyyətin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
-  Cəmiyyətin struktur bölmələrinin daxili auditində iştirak etmək və daxili audit proqramını əvvəlcədən maraqlı tərəflərin nəzərinə çatdırmaq;
- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən İdarəetmə Sisteminin analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etmək;
- Məlumatın analiz edilməsi, İdarəetmə Sistemlərinin proseslərinin və ümumilikdə İdarəetmə sisteminin səmərəliyinin funksiyalaşdırılması prosesi haqqında hesabatların hazırlanmasında iştirak etmək;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
- İdarəetmə Sistemlərinin sənədlərinin hazırlanmasında iştirak etmək;
-  Cəmiyyətin sturuktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Cəmiyyətin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək;
- Prosesləri, prosedurları, qaydaları Cəmiyyətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
- Keyfiyyət üzrə dövri qiymətləndirmə sistemlərini hazırlamaq;
- Məhsulun istehsalı üçün təchiz edilən qablaşdırma və köməkçi qablaşdırma mallarının yoxlanılmasını həyata keçirmək və şöbə müdirinə hesabat vermək;

İş şəraiti:

Həftə içi 6 gün.
09:00-dan - 18-00-dək
Nahar şirkət tərəfindən verilir.

Əmək haqqı 400-500 AZN

E-mail: hr@bsc-group.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2017 www.JobSearch.az  
Developed by MicroPHP